Bank Of Baku

Azərbaycanda illik inflyasiya yanvarda 12,5% təşkil edib

Azərbaycanda illik inflyasiya yanvarda 12,5% təşkil edib
# 11 fevral 2022 15:00 (UTC +04:00)

2022-ci ilin yanvar ayında istehlak qiymətləri 2021-ci ilin yanvar ayına nisbətən 12,5% artıb.

"APA-Economics"in məlumatına görə, bu barədə Dövlət Statistika Komitəsinin açıqlamasında deyilir. Ərzaq məhsulları, içkilər və tütün məmulatları 17,1%, qeyri-ərzaq məhsulları 5,9 %, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 11,1% bahalaşıb.

2022-ci ilin yanvar ayında istehlak qiymətləri müqayisədə isə 1,6% artıb.

Qeyd edək ki, ötən il Azərbaycanda ortaillik inflyasiya 6,7% təşkil edib. Təkcə dekabr ayında isə illik inflyasiya 12% olub. Bundan əlavə, bu ilin yanvarın 1-nə Azərbaycanda geniş pul kütləsinin (M3) həcmi 34,647 mlrd. manat təşkil edib ki, bu da yeni tarixi maksimumdur.

Xatırladaq ki, AMB-nin 2022-ci ildə də monetar siyasətinin başlıca məqsədi inflyasiyanın hədəf diapazonuna (4±2%) doğru dinamikasının təmin edilməsi olacaq.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR