Bank Of Baku

Azərbaycanda kredit kartları ilə aparılan əməliyyatların həcmi 23% azalıb

Azərbaycanda kredit kartları ilə aparılan əməliyyatların həcmi 23% azalıb
# 03 mart 2026 10:36 (UTC +04:00)

Bu ilin yanvar ayında Azərbaycanda kredit kartları ilə aparılan əməliyyatların həcmi 647 milyon manat təşkil edib.

APA-Economics” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu göstərici əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 22,9% və ya 193 milyon manat azalıb.

Qeyd edək ki, hesabat dövründə kredit kartları ilə aparılan əməliyyatların 359 milyon manatı elektron ticarət, 170 milyon manatı POS-terminallar, 91 milyon manatı bankomatlar, 27 milyon manatı isə xaricdə aparılan əməliyyatlar vasitəsilə həyata keçirilib.

Xatırladaq ki, 2026-ci il fevral ayının 1-nə ölkədə kredit kartlarının sayı 2 milyon 74 min təşkil edib ki, bu da illik müqayisədə 7,6% və ya 170 min ədəd azdır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR