Bank Of Baku

Azərbaycanda kredit kartları ilə aparılan əməliyyatların həcmi 8 mlrd. manatı ötüb

Azərbaycanda kredit kartları ilə aparılan əməliyyatların həcmi 8 mlrd. manatı ötüb
# 31 yanvar 2025 16:18 (UTC +04:00)

2024-cü il Azərbaycanda kredit kartları ilə aparılan əməliyyatların həcmi 8 milyard 784 milyon manat təşkil edib.

APA-Economics” xəbər verir ki, bu göstəricinin həcmi əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 40.3% və ya 2 milyard 521 milyon manat artıb.

Qeyd edək ki, hesabat dövründə kredit kartları ilə aparılan əməliyyatların 4 milyard 864 milyon manatı elektron ticarət vasitəsi ilə, 2 milyard 138 milyon manatı POS-terminallar vasitəsi ilə, 1 milyard 440 milyon manatı bankomatlar vasitəsi ilə, 332 milyon manatı isə ölkə xarici əməliyyatlar vasitəsi ilə həyata keçirilib.

Xatırladaq ki, 2025-ci il yanvar ayının 1-nə ölkədə kredit kartlarının sayı 2 milyon 256 min təşkil edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR