Bu ilin oktyabrın 1-nə Azərbaycanda fəaliyyət göstərən kredit təşkilatları tərəfindən ölkə iqtisadiyyatına kredit qoyuluşlarının həcmi 13 872,1 mln. manat təşkil edib.
Azərbaycan Mərkəzi Bankından (AMB) "APA-Economics"ə verilən məlumata görə, bu göstərici son bir ayda 345,7 mln. manat və ya 2,6% artıb.
Cari ilin əvvəli ilə müqayisədə kredit qoyuluşlarının həcmi 1 243,8 mln. manat və ya 9,8%, ötən ilin eyni dövrü ilə müqayisədə isə 1 970,7 mln. manat və ya 16,6% artıb.
Qeyd edək ki, Azərbaycanda kreditləşmənin artımı əsasən istehlak kreditlərinin çoxalması hesabına baş verib.