Bu ilin sentyabr ayının 1-nə Azərbaycanda fəaliyyət göstərən kredit təşkilatlarında yerləşdirilmiş depozit və əmanətlərin həcmi 23 437,2 mln. manat təşkil edib ki, bu göstərici son bir ay ərzində 989,9 mln. manat və ya 4,4% artıb.
Azərbaycan Mərkəzi Bankından (AMB) “APA-Economics”ə verilən məlumata görə, kredit təşkilatlarında yerləşdirilmiş depozit və əmanətlərin həcmi cari ilin əvvəli ilə müqayisədə 1 566,8 mln. manat və ya 7,2%, ötən ilin analoji tarixi ilə müqayisədə isə 1 853,6 mln. manat və ya 8,6% artıb.