Bank Of Baku

Azərbaycanda maliyyə axını tarixi maksimumuna çatıb

Azərbaycanda maliyyə axını tarixi maksimumuna çatıb
# 11 iyul 2023 10:44 (UTC +04:00)

2023-cü ilin II rübündə Azərbaycanda maliyyə axını 29,2 milyard manat təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 6,5 % və ya 1 milyard 786 milyon manat çoxdur.

Bu barədə “APA-Economics” Mərkəzi Banka istinadən xəbər verir.

Qeyd edək ki, ümumilikdə cari ilin ikinci rübü ərzində sahələrarası maliyyə axınlarının artım dinamikası davam etmiş və iyun ayının son həftəsində tarixi maksimumuna çatıb.

Xatırladaq ki, 2022-ci ildə olduğu kimi 2023-ci ilin eyni dövründə də ümumi ödəniş daxilolmalarında ən yüksək paya malik iqtisadi fəaliyyət sahələri dövlət idarəetməsi və müdafiə (30.7%), ticarət, nəqliyyat vasitələrinin təmiri (14.4%) və tikinti (10.2%) olub. Daxilolmalarda ötən ilin müvafiq dövrünə nəzərən artıma ən yüksək töhfə verən iqtisadi fəaliyyət sahələri isə mədənçıxarma sənayesi (624.4 mln. manat artım) və nəqliyyat və anbar təsərrüfatı (547.9 mln. manat artım) sahələri olub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR