Bank Of Baku

Azərbaycanda mikromaliyyə və maliyyə inklüzivliyinin inkişafı müzakirə olunub

Azərbaycanda mikromaliyyə və maliyyə inklüzivliyinin inkişafı müzakirə olunub
# 05 noyabr 2026 17:28 (UTC +04:00)

Mərkəzi Bankın sədr müavini Toğrul Əliyev Mikromaliyyə Mərkəzinin baş icraçı direktoru Katarina Pavlak ilə görüşüb.

"APA-Economics" bu barədə AMB-yə istinadən xəbər verir.

Görüşdə Azərbaycanda sahibkarlığın və mikromaliyyənin inkişafı istiqamətində Mərkəzi Bank tərəfindən atılan addımlar, maliyyə inklüzivliyi üzrə strateji prioritetlər, maliyyə sektorunda innovasiyalar və texnoloji həllərin tətbiqinin genişləndirilməsi istiqamətində perspektivlər müzakirə olunub.

Görüşdə həmçinin bank olmayan kredit təşkilatlarının maliyyə sektorunun və biznesin inkişafındakı rolu, onların fəaliyyətinin genişləndirilməsi istiqamətində görülən işlər ətrafında fikir mübadiləsi aparılıb, bu çərçivədə beynəlxalq tərəfdaşlar və tənzimləyici qurumlar arasında əməkdaşlığın gücləndirilməsinin əhəmiyyəti vurğulanıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR