Bank Of Baku

Mülkiyyətinin dəyəri 1 milyon manatdan artıq olan mikro sahibkarlar əmlak vergisi verəcək

Mülkiyyətinin dəyəri 1 milyon manatdan artıq olan mikro sahibkarlar əmlak vergisi verəcək
# 24 oktyabr 2019 16:55 (UTC +04:00)

Azərbaycanda mülkiyyətinin dəyəri 1 milyon manatdan artıq olan mikro sahibkarlar əmlak vergisi verəcək.

APA-nın məlumatına görə, bu, Vergi Məcəlləsinə təklif edilən dəyişikliklərdə əksini tapıb.

Məcəllənin 199-cu maddəsinin (Vergi güzəştləri və azadolmalar) 199.14-cü bəndinə təklif olunan dəyişikliyə görə, mikro sahibkarlıq subyekti olan şəxslər əmlak vergisindən azaddırlar ( mülkiyyətində olan əsas vəsaitlərin ilin əvvəlinə qalıq dəyəri 1.000.000 manatdan artıq olan şəxslər istisna olmaqla).

Qanun layihəsi Milli Məclisin 12, 13 və 14 noyabr tarixlərində keçiriləcək iclaslarının gündəliyinə daxil edilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR