Bank Of Baku

Azərbaycanda nağdsız əməliyyatların həcmi 9,9 mlrd. manata çatıb

Azərbaycanda nağdsız əməliyyatların həcmi 9,9 mlrd. manata çatıb
# 25 iyul 2022 15:40 (UTC +04:00)

2022-ci ilin I yarımili ərzində ölkə daxilində ödəniş kartları ilə aparılmış nağdsız əməliyyatların həcmi 2.2 dəfə artaraq 9.9 mlrd. manata çatıb.

"Bu barədə "APA-Economics"ə Azərbaycan Mərkəzi Bankından bildirilib.

Məlumata görə, ödəniş kartları vasitəsilə aparılan ölkədaxili əməliyyatlarda nağdsız dövriyyənin xüsusi çəkisi 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 12.2 faiz bəndi artaraq 40.4% olub. Ölkədaxili elektron ticarət əməliyyatlarının həcmi 2.8 dəfə artaraq 7.4 mlrd. manat, POS-terminallar vasitəsilə həyata keçirilən nağdsız ödənişlərin həcmi isə 41% artaraq 2.5 mlrd. manata yüksəlib. Təmassız ödənişlərin sayı və həcmi isə 2021-ci ilin analoji dövr göstəricilərini müvafiq olaraq 2.8 və 2.1 dəfə üstələyib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR