Bank Of Baku

Azərbaycanda nağdsız ödənişlərin həcmi 55 mlrd. manatı ötüb

Azərbaycanda nağdsız ödənişlərin həcmi 55 mlrd. manatı ötüb
# 02 sentyabr 2025 10:50 (UTC +04:00)

2025-ci ilin yanvar-iyul ayları ərzində kartlar vasitəsilə həyata keçirilən ölkədaxili nağdsız ödənişlərin həcmi 55,2 milyard manat təşkil edib.

APA-Economics”in Azərbaycan Mərkəzi Bankının (AMB) hesabatı əsasında apardığı hesablamalara görə, həyata keçirilən nağdsız ödənişlərin 47,9 milyard manatı elektron ticarətin payına düşüb. Qalan məbləğin 7,3 milyard manatı POS-terminallar, 27 milyon manatı isə özünə xidmət terminalları vasitəsilə reallaşıb.

Xatırladaq ki, cari ilin 1 avqust tarixinə dövriyyədə olan ödəniş kartlarının sayı 20 milyon 913 min ədəd təşkil edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR