Bank Of Baku

Azərbaycanda ödəniş kartları ilə ölkədaxili fırıldaqçılıq hallarının sayı 50%-dən çox artıb

Azərbaycanda ödəniş kartları ilə ölkədaxili fırıldaqçılıq hallarının sayı 50%-dən çox artıb
# 02 mart 2026 17:00 (UTC +04:00)

Ötən ilin IV rübündə Azərbaycanda ödəniş kartları ilə ölkədaxili 1 milyon 783 min 31 manat həcmində 3 386 fırıldaqçılıq halı baş verib.

APA-Economics” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, III rüblə müqayisədə ölkə daxilində fırıldaqçılıq hallarının məbləği 50,45%, sayı isə 51,63% çoxdur.

Hesabat dövründə ödəniş kartları ilə ölkəxarici fırıldaqçılıq hallarının dəyəri 20,01 % artaraq 370 min 444 manat təşkil edib, fırıldaqçılıq hallarının sayı isə 29,7 % azalaraq 5 439 olub.

IV rübdə ölkədaxili fırıldaqçılıq hallarının 21,9%-i hesabların ələ keçirilməsi ilə bağlı olub ki, bu da III rüblə müqayisədə 17,5 faiz bəndi azalma deməkdir. Qalan 78,1% isə digər üsulların payına düşüb və bu istiqamətdə 17,5 faiz bəndi artım qeydə alınıb.
Ölkəxarici fırıldaqçılıq hallarının isə 90,3%-i kartın fiziki iştirakı olmadan həyata keçirilib. Bu göstərici III rübə nisbətdə 17,3 faiz bəndi artıb. Digər üsulların payı 9,7% olub və 17,3 faiz bəndi azalıb.

Ötən ilin oktyabr-dekabr aylarında həm ölkədaxili, həm də ölkəxarici fırıldaqçılıq əsasən elektron ticarət və mobil tətbiqlər üzərindən baş verib. Ölkədaxili halların 98,1%-i (0,8 faiz bəndi artım), ölkəxarici halların 96,3%-i (9,7 faiz bəndi artım) məhz elektron ticarət və mobil tətbiqlər vasitəsilə qeydə alınıb. Digər üsulların payında isə müvafiq olaraq 0,8 faiz bəndi (ölkədaxili) və 9,7 faiz bəndi (ölkəxarici) azalma müşahidə edilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR