Bu ilin yanvar-fevral aylarında Azərbaycanda özəl sektora kredit qoyuluşlarının həcmi 3,3% artaraq martın 1-nə 15,953 mlrd. manat təşkil edib. İllik müqayisədə bu göstərici 24,3% artıb.
"APA-Economics"in Azərbaycan Mərkəzi Bankının (AMB) məlumatları əsasında apardığı hesablamalarına görə, bu, iqtisadiyyata cəmi kredit qoyuluşlarının 94,4%-ni təşkil edir və ilin əvvəlindən 0,2 faiz bəndi çoxdur. Özəl sektora verilən kreditlərin 56,1%-i ev təsərrüfatlarının payına düşüb.
Qeyd edək ki, Beynəlxalq Valyuta Fondunun (BVF) gözləntilərinə görə, bu il Azərbaycanda özəl sektora kredit qoyuluşlarının həcmi 9,1% artacaq.