Ötən ilin yekunlarına görə, Azərbaycanda elektron ticarət dövriyyəsi 7,208 mlrd. manat təşkil edib ki, bu da bir il öncəki göstəricini 3,332 mlrd. manat və ya 86% üstələyir.
"APA-Economics" xəbər verir ki, bunu “Azexport.az” portalının rəhbəri Ayxan Qədəşov deyib.
Onun sözlərinə görə, burada obyektiv və subyektiv məqamlar mövcuddur: "Bunlardan biri də koronavirus pandemiyasının olmasıdır. Bu səbəbdən müəyyən istehsal və ticarət sahələri elektronlaşdı və buna görə də elektron ticarətə olan maraq da artdıb. Amma biz düşünürük ki, pandemiya bitdikdən sonra da artım müşahidə olunacaq. Çünki istehsalçılar və alıcılar artıq bilir ki, burada məhsul alışı daha rahatdır, həmçinin, müəyyən xərclər var ki, onlardan azaddırlar. Bu baxımdan elektron ticarətlə məşğul olmaq daha sərfəlidir".