Bu il noyabr ayının 1-nə Azərbaycanda problemli kreditlərin həcmi əvvəlki aya nisbətən 15.3% azalaraq 440.4 milyon manata enib.
"APA-Economics" bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir. Vaxtı ötmüş kreditlər bu ilin əvvəlinə nisbətən 25.8%, ötən ilin eyni dövrü ilə müqayisədə isə 31.8% azalıb.
Cəmi kredit portfelində vaxtı keçmiş kreditlərin payı əvvəlki ilin müvafiq dövrünə nəzərən 1.3 faiz bəndi azalaraq 1.9% təşkil edib.