Bank Of Baku

Azərbaycanda bankların real sektorun kreditləşdirməsinə marağı artırmaq üçün dialoq platforması yaradılacaq

Azərbaycanda bankların real sektorun kreditləşdirməsinə marağı artırmaq üçün dialoq platforması yaradılacaq
# 25 oktyabr 2019 14:47 (UTC +04:00)

Azərbaycan banklarının real sektoru kreditləşdirməyə marağını artırmaq üçün dövlət, hökumət, Mərkəzi Bank, biznes və bankların iştirakı ilə dialoq platforması yaradılacaq.

"APA-Economics"in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin sədri Elman Rüstəmov deyib.

Onun sözlərinə görə, dialoq nəticəsində mövcud problemlər aşkara çıxarılacaq ki, məhz iqtisadi stimullaşdırma və islahatlar vasitəsilə bankların biznes modelini dəyişmək mümkün ola biləcək.

"Bu istiqamətdə olduqca çox görülməli işlər var. Ən əsası – bu gün aktiv dialoq qurulmalıdır. Burada həm biznesin, həm də bankların maraqlar konfliktləri mövcuddur. Məsələn, uzun illərdir ki, banklar tərəfindən girovların reallaşdırılması prosesinin sadələşdirilməsi, vaxtının azaldılması, dəyər itkisinin qarşısının azaldılması ilə bağlı çox təkliflər var. Çox təəssüf ki, biz indiyə qədər bu məsələni həll edə bilməmişik. Girovların reallaşdırılması uzun müddət çəkir. Bank isə maraqlıdır ki, tez bir zamanda bu girovları reallaşdırsın, verdiyi vəsaitin hamısını və yaxud bir hissəsini bərpa etsin ki, bütövlükdə həmin o vəsaiti yenidən kreditləşməyə yönəltsin. Ona görə mövcud problemlərin əsas həll yolu məhz dialoqdur. Mənə elə gəlir ki, dövlət, hökumət, Mərkəzi Bank, biznes və bankları bir platformada birləşdirib, bu dialoqu təşkil edə biləcəyik", - deyə E. Rüstəmov qeyd edib. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR