Bank Of Baku

Azərbaycanda tullantı sutəmizləyici qurğuların yenidən qurulması layihəsinə 17 ölkədən 35-dən çox şirkət maraq göstərib

Azərbaycanda tullantı sutəmizləyici qurğuların yenidən qurulması layihəsinə 17 ölkədən 35-dən çox şirkət maraq göstərib
# 14 oktyabr 2026 12:36 (UTC +04:00)

Azərbaycanda dövlət-özəl tərəfdaşlığı çərçivəsində tullantı sutəmizləyici qurğuların yenidən qurulması və yeni qurğunun tikintisi layihəsinə 17 ölkədən 35-dən çox şirkət maraq göstərib.

"APA-Economics" xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyinin Layihələrin idarə olunması şöbəsinin Dövlət-özəl tərəfdaşlığı sektorunun müdiri Türkan Vüsət Bakıda keçirilən III Milli Rəqabət Forumunda çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, dövlət-özəl tərəfdaşlığı çərçivəsində həyata keçirilən ikinci layihə üzrə artıq müsabiqə prosesinə başlanılıb.

T.Vüsət bildirib ki, investorların yüksək marağı layihələr üzrə açıq rəqabət mühitinin formalaşdığını göstərir.

O qeyd edib ki, Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsi üzrə də rəqabət nəticəsində özəl tərəfdaşlar tərəfindən ilkin texniki-iqtisadi əsaslandırmada nəzərdə tutulandan daha sərfəli qiymət təklifləri təqdim edilib.

Nazirlik rəsmisinin sözlərinə görə, dövlət-özəl tərəfdaşlığı mexanizmi çərçivəsində həyata keçirilən layihələrin minimum dəyəri 30 milyon manat təşkil edir.

O əlavə edib ki, dövlət-özəl tərəfdaşlığı üzrə müəyyən edilmiş layihələr müxtəlif iqtisadi sektorları əhatə edir. Siyahıya daxil olan layihələrdən dördünün icrasına artıq başlanılıb, digərləri üzrə isə potensial investorlarla görüşlər və ikitərəfli müzakirələr aparılır.

T.Vüsət vurğulayıb ki, əsas məqsəd dövlət-özəl tərəfdaşlığı layihələrinə daha çox investorun cəlb edilməsi və rəqabətli seçim vasitəsilə dövlət üçün daha əlverişli şərtlərin təmin olunmasıdır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR