Bu ilin oktyabrın 1-nə Azərbaycandakı kommersiya banklarının xalis xarici aktivləri artıb.
"APA-Economics"in AMB-nin dərc etdiyi göstəricilərə əsasən apardığı hesablamalara görə, oktyabrın 1-nə bankların xalis xarici aktivləri 5 120,4 mln. manat təşkil edib ki, bu da aylıq ifadədə 609,4 mln. manat və ya 13,5% çoxdur.
Bu göstərici cari ilin əvvəlindən 1 206,6 mln. manat və ya 30,8%, ötən ilin eyni dövrü ilə müqayisədə isə 844,2 mln. manat və ya 19,7% artıb.