Bank Of Baku

Azərbaycandakı BOKT-ların aktivləri 17%-dən çox artaraq 314 mln. manatı keçib

Azərbaycandakı BOKT-ların aktivləri 17%-dən çox artaraq 314 mln. manatı keçib
# 25 oktyabr 2019 17:15 (UTC +04:00)

Bu ilin 30 sentyabr tarixinə Azərbaycanda fəaliyyət göstərən bank olmayan kredit təşkilatlarının (BOKT) cəmi aktivləri 314,4 mln. manat, cəmi öhdəlikləri isə 188,6 mln. manat təşkil edib. Bundan əlavə Kredit ittifaqlarının (Kİ) 2019-cu ilin III rübündə cəmi aktivləri 15,9 mln. manat, cəmi öhdəlikləri isə 6,1 mln. manat təşkil edib.

APA-Economics”in Maliyyə Bazarlarına Nəzarət Palatasına (MBNP) istinadən verdiyi məluamata görə, cari ilin 9 ayı ərzində BOKT-ların aktivləri 17,4% artıb. BOKT-ların aktivlərinin əsas hissəsini (81,1%) kredit portfeli təşkil edib. Kredit portfeli dövr ərzində 11,8% (27 mln. manat) artaraq sentyabr ayının sonuna 255 mln. manat təşkil edib.

30 sentyabr 2019-cu il tarixinə Kİ-nın aktivlərinin 90%-ni (14,3 mln. manat) kredit portfeli təşkil edib.

İlin əvvəli ilə müqayisədə BOKT-ların öhdəlikləri 5% (9,1 mln. manat) artıb. Öhdəliklərin 47%-i (88,4 mln. manat) banklardan və digər maliyyə institutlarından cəlb edilmiş vəsaitlərdən ibarətdir. Dövr ərzində cəlb edilmiş vəsaitlərdə 3,5% (3,2 mln. manat) azalma olub. Qiymətli kağızlar vasitəsilə borclanma isə ilin əvvəli ilə müqayisədə 3,8% (1,1 mln. manat) artmışdır. Mərkəzi idarəetmə orqanlarının vəsaitləri dövr ərzində 13,6% (4,6 mln. manat) azalıb.

Kİ-nın öhdəliklərinin əsas hissəsi banklardan və digər maliyyə institutlarından alınmış kreditlərdən ibarətdir.  

Sentyabr ayına BOKT-lərin balans kapitalı 125,8 mln. manat təşkil edib. Bu ilin əvvəli ilə müqayisədə 42,5% (37,5 mln manat) çoxdur. Kredit ittifaqlarının balans kapitalı isə 9,8 mln. manat olub.

Bu ilin 9 ayı ərzində BOKT-lar 14 mln. manat əməliyyat mənfəəti generasiya edib.  BOKT-ların xalis mənfəəti isə 14,7 mln. manat təşkil edib. Dövr ərzində Kİ-nın əməliyyat mənfəəti isə 1 mln. manata çatıb.

BOKT-lar üzrə ROA və ROE göstəriciləri müvafiq olaraq 6,2% və 15,6% təşkil edib.

Qeyd edək ki, fəaliyyət göstərən 92 bank olmayan kredit təşkilatlarından 7-si xarici kapitallıdır, bunların hamısında xarici kapitalın payı 50-100% arası təşkil edir. 30 sentyabr 2019-cu il tarixinə BOKT-lərin sayı 45, Kİ-nın sayı isə 47 olub. 9 ay ərzində BOKT işçilərinin sayı 7,2% (138 nəfər) artaraq 2 043 nəfərə çatıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR