Azərbaycandan İrana gedən dəmiryolu xətti yenidən qurulacaq.
"APA-Economics" xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin təsdiq etdiyi Azərbaycan ərazisindən keçən beynəlxalq dəhlizlərlə bağlı Fəaliyyət Planında qeyd edilib. Belə ki, 2024-2026-cı illərdə Ələt−Osmanlı−Astara dəmir yolunun yenidən qurulması planlaşdırılıb. Həmçinin, bununla bağlı 2026-ci ildə Biləcəri stansiyasının çeşidləmə parkında 3-cü dəstənin dartı yollarının və yoldəyişənlərin əsaslı təmiri nəzərdə tutulub.
Ümumilikdə, dəmiryolu xəttinin yenidən qurulması Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin buraxılış qabiliyyətinin artırılmasına imkan verəcəyi bildirilir.