Bank Of Baku

Azərbaycandan Rusiyaya göndərilən pul baratlarının həcmi ötən il azalıb

Azərbaycandan Rusiyaya göndərilən pul baratlarının həcmi ötən il azalıb
# 16 mart 2022 12:10 (UTC +04:00)

2021-ci ildə fiziki şəxslər tərəfindən Azərbaycandan Rusiyaya həyata keçirilən pul köçürmələrinin həcmi 136 mln. ABŞ dolları təşkil edib.

"APA-Economics"in Rusiya Mərkəzi Bankının (Rusiya Bankı) məlumatları əsasında apardığı hesablamalarına görə, bu, 2020-ci illə müqayisədə 12,8% azdır.

Hesabat dövründə Azərbaycandan bir köçürmənin orta məbləği 290 dollar təşkil edib. Ölkədən Rusiyaya yönələn transfertlərin 86%-i Rusiya rezidentlərinə göndərilib.

Təkcə IV rübdə Azərbaycandan Rusiyaya fiziki şəxslər tərəfindən 37 mln. dollar transfer olunub. Bu, III rüblə müqayisədə 8,8%, 2020-ci ilin analoji rübü ilə müqayisədə isə 12,1% çoxdur.

Qeyd edək ki, 2021-ci ildə Rusiyaya pul baratları göndərən MDB ölkələrinin siyahısında Azərbaycan səkkizincidir, lider isə Qazaxıstandır (1,69 mlrd. dollar).

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR