Bu ilin yanvar ayında Azərbaycanın Avropa İttifaqı (Aİ) ölkələri ilə apardığı ticarət dövriyyəsinin həcmi 2,166 mlrd. ABŞ dolları təşkil edib ki, bu da 2021-ci ilin eyni dövrü ilə müqayisədə 84,8% çoxdur.
"APA-Economics"in Dövlət Gömrük Komitəsinin dərc etdiyi göstəricilər əsasında apardığı hesablamalarına görə, hesabat dövründə ixracın həcmi illik müqayisədə 2 dəfə artaraq 2,024 mlrd. dollar, idxalın həcmi isə 21,1% azalaraq 142,340 mln. dollar təşkil edib.
Nəticədə, yanvar ayınd 1,881 mlrd. dollarlıq müsbət ticarət saldo yaranıb ki, bu göstərici 2021-ci ilin eyni dövrü ilə müqayisədə 2,3 dəfə çoxdur.