Bank Of Baku

Azərbaycanın bank sektorunda çalışan işçilərin sayı 11% artaraq 19 minə yaxınlaşıb

Azərbaycanın bank sektorunda çalışan işçilərin sayı 11% artaraq 19 minə yaxınlaşıb
# 24 oktyabr 2019 15:30 (UTC +04:00)

Bu ilin sentyabr ayının sonuna Azərbaycanın bank sektorunda çalışan işçilərin sayı artıb.

"APA-Economics"in Maliyyə Bazarlarına Nəzarət Palatasına istinadən verdiyi məlumata görə, sentyabrın 30-na ölkədə fəaliyyət göstərən banklarda 18 911 işçi çalışıb ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 10,8% (1 845 nəfər) çoxdur.

Ötən ayın sonuna ölkədə 2 592 ATM fəaliyyət göstərib ki, onların sayı son bir ildə 113 ədəd və ya 4,6% artıb.

Bundan başqa, sentyabrın 30-a ölkə ərazisində bankların 515 filialı və 129 şöbəsi fəaliyyət göstərib. İllik ifadədə filialların sayı 4 vahid artıb, şöbələrin sayı isə 14 vahid azalıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR