Bu ilin yanvarın 31-nə fəaliyyətdə olan bankların cəmi aktivləri 37 982,3 mln. manat, cəmi öhdəlikləri 32 954,3 mln. manat, balans kapitalı 5 028 mln. manat olub.
"APA-Economics"in Azərbaycan Mərkəzi Bankının məlumatları əsasında apardığı hesablamalarına görə, aylıq müqayisədə isə cəmi aktivlər 1,2%, cəmi öhdəliklər 1,6%, cəmi kapital isə 1,2% azalıb.