Bu ilin may ayında Azərbaycanın bank sektorunun iştirakçıları 78,5 mln. manat məbləğində xalis mənfəət əldə ediblər.
"APA-Economics"in Mərkəzi Bankın göstəriciləri əsasında apardığı hesablamalarına görə, bu göstərici aprel ayı ilə müqayisədə 71% çoxdur. Bankların əməliyyat mənfəətinin əsasını xalis faiz gəlirləri təşkil edib. Belə ki, mayda bankların xalis faiz gəlirləri cəmi 0,7% artaraq 125,4 mln. manat olub (apreldə bu göstərici ümumiyyətlə dəyişməmişdi – red.), xalis qeyri-faiz zərəri isə 2,8 dəfə azalaraq 15,8 mln. manat təşkil edib. Beləliklə, may ayında bank sektorunun əməliyyat mənfəəti qeyri-faiz zərərinin azalması hesabına 35,6% artaraq 109,6 mln. manata bərabər olub.
Qeyd edək ki, hesabat ayında bank sektorunun mənfəətdən vergiləri 36,3% azalaraq 7,2 mln. manat təşkil edib, aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına ayırmaları isə 23,9 mln. manat artırılıb və 87,5 mln. manata çatdırılıb.
|
Göstəricilər |
May, mln. manat |
Aylıq dinamika, % |
|
Xalis faiz gəliri |
125,4 |
0,7 |
|
Xalis qeyri-faiz zərəri |
15,8 |
- 2,8 dəfə |
|
Əməliyyat mənfəəti |
109,6 |
35,6 |
|
Digər gəlirlər |
0 |
-100 |
|
Zərər ehtiyatı üzrə ayırmalar |
23,9 |
- |
|
Mənfəətdən vergilər |
7,2 |
-36,3 |
|
Xalis mənfəət |
78,5 |
71 |