Bank Of Baku

Azərbaycanın İrandan idxalı yanvarda 24% artıb

Azərbaycanın İrandan idxalı yanvarda 24% artıb
# 19 fevral 2022 18:30 (UTC +04:00)

Bu ilin yanvar ayında Azərbaycanın İran ilə ticarət dövriyyəsinin həcmi 36,534 mln. ABŞ dolları təşkil edib ki, bu da illik müqayisədə 21,6% çoxdur.

"APA-Economics"in Dövlət Gömrük Komitəsinin hesabatına istinadən verdiyi məlumata görə, yanvarda ölkənin İrana ixracı illik müqayisədə 12,7% azalaraq 1,449 mln. dollar, idxal isə 23,6% artaraq 35,085 mln. dollar təşkil edib.

Nəticədə, 2022-ci ilin yanvar ayında Azərbaycanın İran ilə 33,637 mln. dollarlıq mənfi ticarət saldosu yaranıb ki, bu da illik müqayisədə 25,8% çoxdur.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR