Bank Of Baku

Azərbaycanın MDB ölkələrindən idxalı iki dəfə artıb

Azərbaycanın MDB ölkələrindən idxalı iki dəfə artıb
# 17 fevral 2022 16:34 (UTC +04:00)

Bu ilin yanvar ayında Azərbaycanın MDB ölkələri ilə apardığı ticarət dövriyyəsinin həcmi illik müqayisədə 87,2% artaraq 609,037 mln. ABŞ dollarına çatıb.

"APA-Economics"in Dövlət Gömrük Komitəsinin dərc etdiyi hesabatı əsasında apardığı hesablamalarına görə, ixracın həcmi illik müqayisədə 74,5% artaraq 286,597 mln. dollar, idxal isə 2 dəfə artaraq 322,441 mln. dollar təşkil edib.

Nəticədə, 2022-ci ilin yanvar ayında 35,844 mln. dollarlıq mənfi ticarət saldosu yaranıb. 2021-ci ilin eyni ayında saldo müsbət idi və 3,077 mln. dollara bərabər olub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR