Bu ilin yanvar aylarında Azərbaycanda mobil rabitə xidmətlərindən əldə olunan gəlirlərin həcmi 83,7 mln. manat təşkil edib.
Bu barədə "APA-Economics"ə Dövlət Statistika Komitəsindən bildirilib.
Hesabat dövründə ölkə üzrə mobil rabitə xidmətlərindən əldə olunan gəlirlərin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 13,7% artıb. Mobil rabitə sektorunun gəlirləri ümumi telekommunikasiya bazarının gəlirlərinin 42,6%-ni təşkil edib.
“Cari ilin ilk ayında informasiya və rabitə müəssisələri tərəfindən 196,6 mln. manatlıq xidmət göstərilib. Xidmətlərin 76,4%-i əhali tərəfindən istehlak olunub. Ötən ilin yanvar ayı ilə müqayisədə informasiya və rabitə xidmətlərin dəyəri cari ilin yanvarında real ifadədə 10,6% artıb", - deyə komitədən bildirilib.