Bu ilin yanvar-fevral ayında Azərbaycan 20,4 mln. ABŞ dolları dəyərində qızıl ixrac edib.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən "APA-Economics"ə verilən məlumata görə, bu göstərici ötən ilin eyni ayları ilə müqayisədə 40,7% azalıb.
Qeyd edək ki, təkcə fevral ayında isə 13 mln. dollarlıq qızıl ixrac olunub, bu da ötən ilin eyni ayı ilə müqayisədə 47,4% azdır.