Azərbaycanın Rusiya ilə ticarət dövriyyəsi 4%-dək artıb

Azərbaycanın Rusiya ilə ticarət dövriyyəsi 4%-dək artıb
# 17 iyul 2021 12:25 (UTC +04:00)

Bu ilin yanvar-iyun aylarında Azərbaycanla Rusiya arasında ticarət dövriyyəsinin həcmi 1,342 mlrd. ABŞ dolları təşkil edib ki, bu da 2020-ci ilin eyni dövrü ilə müqayisədə 3,7% çoxdur.

"APA-Economics"in Dövlət Gömrük Komitəsinin dərc etdiyi göstəricilər əsasında apardığı hesablamalarına görə, hesabat dövründə ixracın həcmi 418,5 mln. dollar təşkil edib ki, bu da illik müqayisədə 10% çoxdur. İdxal isə 924 mln. dollara bərabər olub ki, bu göstərici illik ifadədə 1,2% artıb.

Nəticədə, 2021-ci ilin ilk yarısında 505,5 mln. dollarlıq mənfi ticarət saldosu yaranıb ki, bu göstərici illik müqayisədə 5,2% azalıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR