Bank Of Baku

Azərbaycan sentyabrda qeyri-neft ixracını 6% azaldıb

Azərbaycan sentyabrda qeyri-neft ixracını 6% azaldıb
# 30 oktyabr 2019 14:15 (UTC +04:00)

Bu ilin sentyabr ayında Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı avqust ayı ilə müqayisədə 5,8% azalaraq 136 mln. ABŞ dolları təşkil edib ki, mənfi dinamika mövsümi xarakter daşıyır.

"APA-Economics"in İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinə istinadən verdiyi məlumata görə, bu göstərici ötən ilin sentyabr ayı ilə müqayisədə 22 mln. dollar və ya 19% artıb.

Cari ilin sentyabr ayında qeyri neft-qaz məhsulları üzrə ən çox mal Rusiyaya (38,5 mln. dollar), Türkiyəyə (25,4 mln. dollar), İsveçrəyə (13,9 mln. dollar), Gürcüstana (12,5 mln. dollar) və Çinə (5,4 mln. dollar) ixrac edilib.

Sentyabr ayında qeyri-neft sektoru üzrə ixracda qızıl (sikkə kəsilməsində istifadə olunmayan, digər emal olunmamış formalarda – 13,1 mln. dolları) birinci, qabığı təmizlənmiş meşə fındığı (11,7 mln. dolları) ikinci, emal olunmamış aşqarlanmamış alüminium (8,1 mln. dolları) üçüncü olub. 

Qeyri-neft sektoru üzrə ixrac əməliyyatlarında iştirak edən dövlətə məxsus şirkətlərin siyahısında SOCAR-ın “Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi” başçılıq edib. Daha sonra bu siyahıda "Azəralüminium", "Azərenerji", "Azergold", AZAL, "Azərpambıq Aqrar Sənaye Kompleksi", “CTS-Agro”, "Azərikimya", "Azərtütün Aqrar Sənaye Kompleksi" və "Bakı Neft Maşinqayırma Zavodu" yer alıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR