Bu ilin yanvar-fevral aylarında ayında Azərbaycanda fəaliyyət göstərən sığorta şirkətləri tərəfindən 178,307 mln. manat sığorta haqqı toplanıb.
"APA-Economics"in Azərbaycan Mərkəzi Bankının məlumatları əsasında apardığı hesablamalarına görə, bu göstərici illik müqayisədə 11,1% çoxdur.
Eyni zamanda, şirkətlər tərəfindən hesabat dövründə 38,936 mln. manat həcmində ödəniş həyata keçirilib ki, bu da illik müqayisədə 2,6 dəfə azdır.
Beləliklə, sektor üzrə zərərlilik 21,84% təşkil edib. Bu illik müqayisədə 40,60% azdır.