Bu ilin yanvar ayında Azərbaycanda fəaliyyət göstərən sığorta şirkətləri tərəfindən 118,233 mln. manat sığorta haqqı toplanıb.
"APA-Economics"in Azərbaycan Mərkəzi Bankının məlumatları əsasında apardığı hesablamalarına görə, bu göstərici illik müqayisədə 13,7% çoxdur.
Eyni zamanda, şirkətlər tərəfindən hesabat dövründə 16,623 mln. manat həcmində ödəniş həyata keçirilib ki, bu da illik müqayisədə 3,4 dəfə azdır.