Bu ilin yanvar ayında Azərbaycanda fəaliyyət göstərən sığorta şirkətləri tərəfindən 118,233 mln. manat sığorta haqqı toplanıb və 16,623 mln. manat həcmində ödəniş həyata keçirilib.
"APA-Economics"in Azərbaycan Mərkəzi Bankının məlumatları əsasında apardığı hesablamalarına görə, bu göstəricilər illik müqayisədə müvafiq olaraq 13,7% artıb və 3,4 dəfə azalıb. Yanvar ayında yığımların səviyyəsi tarixi maksimum yeniləyib. Sonuncu dəfə yığımlar üzrə tarixi maksimum 2020-ci ilin eyni ayında qeydə alınıb – 112,026 mln. manat.
Sığorta ödənişlərinə gəldikdə, yanvarda müştərilərə ödənişlərin həcmi 34 aylıq minimuma enib. Sonuncu dəfə bundan aşağı aylıq göstərici 2019-cu ilin mart ayında qeydə alınıb – 13,118 mln. manat.
Yanvar ayında ölkənin sığorta sektorunda zərərlilik nisbəti 14,1% təşkil edib ki, bu da statistikanın əlçatan olduğu dövr çərçivəsində (2016-2022-ci illər) qeydə alınan ən aşağı nisbətdir. Sonuncu dəfə buna yaxın göstərici 2018-ci ilin aprel ayında olub – 16,8%.