Azərbaycanın strateji valyuta ehtiyatları 8 ayda 6.1% artaraq 72.6 mlrd. ABŞ dollarına çatıb.
"APA-Economics" bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
Qeyd edilib ki, tədiyyə balansının cari əməliyyatlar hesabında 2024-cü ilin ilk 6 ayında 2.6 mlrd. ABŞ dolları və ya ÜDM-in 7.5%-i səviyyəsində profisit olub. Cari hesabın başlıca komponenti olan xarici ticarət balansında 2024-cü ilin ilk 8 ayında 5.5 mlrd. ABŞ dolları məbləğində müsbət saldo qeydə alınıb.