Bank Of Baku

Azərbaycanın ÜDM-i 6,7% artıb

Azərbaycanın ÜDM-i 6,7% artıb
# 14 mart 2022 12:10 (UTC +04:00)

2022-ci ilin yanvar-fevral aylarında Azərbaycanda 19 175,2 mln. manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 6,7% çox ümumi daxili məhsul (ÜDM) istehsal olunub.

Dövlət Statistika Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, iqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 0,6%, qeyri-neft sektorunda isə 10,1% artıb.

ÜDM istehsalının 53,6%-i sənaye, 7,9%-i ticarət; nəqliyyat vasitələrinin təmiri, 5,9%-i nəqliyyat və anbar təsərrüfatı, 3,1%-i tikinti, 2,3%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 1,3%-i informasiya və rabitə, 1,2%-i turistlərin yerləşdirilməsi və ictimai iaşə sahələrinin, 14,9%-i digər sahələrin payına düşüb, məhsula və idxala xalis vergilər ÜDM-in 9,8%-ni təşkil edib.

Əhalinin hər nəfərinə düşən ÜDM 1 909,7 manata bərabər olub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR