Paşha Bank
Bank Of Baku

AMB ilə İsveçrə Milli Bankı arasında əməkdaşlıq məsələləri müzakirə olunub

AMB ilə İsveçrə Milli Bankı arasında əməkdaşlıq məsələləri müzakirə olunub
# 17 noyabr 2026 17:12 (UTC +04:00)

Azərbaycan Mərkəzi Bankının nümayəndə heyəti İsveçrə Milli Bankında işgüzar səfərdə olub.

"APA-Economics" bu barədə AMB-yə istinadən xəbər verir.

Səfər çərçivəsində keçirilən görüşlərdə beynəlxalq ikitərəfli və çoxtərəfli əməkdaşlıq əlaqələrinin qurulması və əlaqələndirilməsi, daxili və xarici kommunikasiya proseslərinin səmərəli idarə olunması, yüksək səviyyəli rəsmi tədbirlərin planlaşdırılması və koordinasiyası ilə bağlı məsələlər müzakirə olunub.

Görüşlər zamanı qeyd olunan istiqamətlər üzrə İsveçrə Milli Bankında tətbiq olunan iş mexanizmləri, qabaqcıl təcrübələr və effektiv fəaliyyət modelləri ətraflı nəzərdən keçirilib. Bundan əlavə, müvafiq proseslərin idarə olunmasında istifadə edilən təşkilati yanaşmalar, qurumlararası əməkdaşlığın əlaqələndirilməsi və işin səmərəliliyinin artırılmasına xidmət edən təcrübələr ətrafında fikir mübadiləsi aparılıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR