2023-cü ilin yanvar-noyabr aylarında Azərbaycanın xarici ticarət dövriyyəsi 47 mlrd 325.67 milyon dollara bərabər olub ki, bu da ötən illin eyni dövrünə nisbətən 3,8% azdır.
"APA-Economics" xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsindən bildirilib.
Son bir ildə ölkə üzrə ixrac 13,3% azalaraq 31 mlrd. 512.99 milyon ABŞ dolları təşkil edib. Əksinə, idxal isə 22,7% artaraq 15 mlrd. 812.68 milyon ABŞ dollarına yüksəlib.
Xarici ticarət dövriyyəsinə 15 mlrd. 700.31 milyon dollarlıq müsbət saldo yaransa da, bu, ötən ilin eyni dövrünə nisbətən 33,3% az olub.