2021-ci ildə "AzerGold" QSC tərəfindən dövlət büdcəsinə 33 mln. manat daxil olub.
"APA-Economics"in məlumatına görə, bu barədə QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov deyib.
Onun sözlərinə görə, bu məbləğin 29,7 mln. manatı vergi ödənişləri, 3,3 mln. manatdan çoxu isə Dövlət Sosial Müdafiə Fonduna edilən köçürmələr təşkil edib.
Sədr qeyd edib ki, dövlət büdcəsinə ödənilən məbləğin həcmi illik müqayisədə 158% (2,6 dəfə) artıb. Ümumilikdə, QSC son 5 ildə büdcəyə 73,8 mln. manat ödəyib.