"Azərsığorta" icbari avtosığorta satışını dayandırıb

"Azərsığorta" icbari avtosığorta satışını dayandırıb
# 01 noyabr 2023 09:56 (UTC +04:00)

"Azərsığorta" (Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti) şirkəti ötən gündən etibarən avtomobillərin icbari sığortası üzrə satışları dayandırıb.

"APA-Economics" xəbər verir ki, bu barədə sığorta agentləri bildiriblər: "Hazırda icbari avtomobil sığortasının satışı həyata keçirilmir. Satışın nə vaxt bərpa olunacağı dəqiq məlum deyil".

Qeyd edilib ki, dövlət sığorta şirkətinin icbari avtosığorta üzrə elektron sisteminə giriş tamamilə bloklanıb. Heç bir satış həyata keçirmək mümkün deyil. Məsələ ilə bağlı bu gün sığorta şirkətinin qərarı açıqlanacaq. Sığorta şirkətinin təşilati hüquqi formasının dəyişib ASC olacağı gözlənilir.

Məsələ ilə bağlı "APA-Economics"in sorğusuna cavab olaraq "Azərsığorta"dan bildirilib ki, bununla bağlı rəsmi açıqlama veriləcək.

Qeyd edək ki, oktyabrın 31-də rəsmi açıqlanan maliyyə hesabatına əsasən, sığorta şirkəti 2022-ci ili 9 milyon manata yaxın kapital çatışmazlığı ilə bitirib. Ötən dövrdə sığorta şirkətinə əlavə kapital yatırılması ilə bağlı hər hansı bir məlumat açıqlanmayıb. Sığorta şirkəti İnvestisiya Holdiqinin nəzarətində olan dövlət şirkətlərindən biridir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR