Bank Of Baku

“AzeSteelCompany” ASC-nin maliyyə vəziyyəti açıqlanıb

“AzeSteelCompany” ASC-nin maliyyə vəziyyəti açıqlanıb
# 14 iyul 2022 10:48 (UTC +04:00)

“AzeSteelCompany” ASC 2021-ci il üzrə maliyyə hesabatını açıqlayıb.

APA-Economics” xəbər verir ki, şirkət ötən ili mənfəətlə başa vurub.

Belə ki, 2021-ci il üzrə şirkətin gəlirləri 2,422 milyon manat (2020-ci ilə nisbətən 41% çox), satışın maya dəyəri isə 1,831 milyon manat (12,5% çox) olub. Şirkətin satışlarının maya dəyərinə nisbətdə gəlirlərinin kəskin artması 2020-ci illə müqayisədə ümumi gəlirlərini 4,8% artırıb və 590,9 min manat təşkil edib.

Ötən il “AzeSteelCompany” inzibati xərclərə 70,9 min manat, faiz xərclərinə 99,4 min manat, məzənnə fərqindən zərərə 1,5 min manat, mənfəət vergisi ödəmələrinə 71,8 min manat ayırıb. Son nəticədə şirkət 2021-ci ili 347,3 min manat xalis mənfəətlə başa vurub. Qeyd edək ki, “AzeSteelCompany” 2020-ci ildə 30,6 min manat xalis zərər açıqlamışdı.

31 dekabr 2021-ci il tarixinə şirkətin cəmi aktivləri 12,5 dəfə artaraq 14,389 milyon manata, cəmi kapitalı 146 dəfə artaraq 8,957 milyon manata, cəmi öhdəlikləri isə 5 dəfə artaraq 5,432 milyon manata çatıb.

Qeyd edək ki, “AzeSteelCompany”nin cəmi kapitalının kəskin artması ötən il şirkətin nizamnamə kapitalını 100 manatdan 8,354 milyon manata qədər artırması ilə bağlıdır. Bundan əlavə, şirkətin böyüməsi onun cəmi aktiv və öhdəliklərini də kəskin artırıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR