“AzKredit” bank olmayan kredit təşkilatı 2023-cü ilin birinci yarısı üzrə maliyyə hesabatlarını açıqlayıb.
“APA-Economics” təşkilatın maliyyə hesabatlarına istinadən xəbər verir ki, 2023-cü ilin ilk 6 ayında “AzKredit” BOKT 682.22 min manat xalis mənfəət əldə edib.
Hesabat dövründə təşkilatın xalis faiz gəlirləri 167.59 min manata, qeyri-faiz gəlirləri 1 milyon 198.1 min manata, qeyri-faiz xərcləri isə 679.2 min manata bərabər olub. Beləliklə bu dövrdə təşkilat 687.52 min manat əməliyyat mənfəəti əldə edib.
Eyni dövrdə “AzKredit”in cəmi aktivləri ilin əvvəli ilə müqayisədə 7% və ya 132.7 min manat artaraq 2 milyon 13 min manat, cəmi öhdəlikləri isə 3.2 dəfə və ya 705.3 min manat artaraq 1 milyon 30 min manata yüksəlib.
2023-cü il iyul ayının 1-nə “AzKredit”in cəmi aktivləri 982.2 min manat təşkil edib ki, bu da ilin əvvəli ilə müqayisədə 36.8% və ya 572.6 min manat azdır.
300 min manat nizamnamə kapitalı olan “AzKredit” BOKT 01.11.2019 ildə təsis edilib.
YENİLƏNİB'>