"AzRe Təkrarsığorta" şirkətinin Direktorlar Şurasının (DŞ) müstəqil üzvü şirkəti tərk edib.
Bu barədə "APA-Economics"ə təkrarsığorta şirkətindən bildirilib. Məlumata görə, Direktorlar Şurasının müstəqil üzvü Anar Mansurov şirkətdən ayrılıb.
Qeyd edək ki, hazırda təkrar sığorta şirkətinin DŞ-nin tərkibi iki nəfərdən - DŞ-nin sədri Tokay Əlizadə və DŞ-nin üzvü Vəlihəd Səfərovdan ibarətdir.
Xatırladaq ki, “AzRe Təkrarsığorta” 2007-ci ildə yaradılıb, ölkənin yeganə təkrarsığorta şirkətidir. Onun nizamnamə kapitalı 50 milyon manatdır.