Bank Of Baku

“AzRe Təkrarsığorta”ya yeni təyinatlar olub

“AzRe Təkrarsığorta”ya yeni təyinatlar olub
# 08 iyul 2022 09:29 (UTC +04:00)

“AzRe Təkrarsığorta” ASC-yə yeni təyinatlar olub.

Təkrarsığorta şirkətindən “APA-Economics”ə daxil olan məlumata görə, Yusif Yusifov şirkətin Daxili audit xidmətinin rəhbəri təyin edilib. Bundan əlavə, Elçin Süleymanov “AzRe Təkrarsığorta”nın Təftiş Komissiyasının üzvü seçilib.

Qeyd edək ki, “AzRe Təkrarsığorta” ASC 2007-ci ildə yaradılıb və Azərbaycan sığorta bazarında birbaşa təkrarsığorta fəaliyyəti ilə məşğul olan yeganə şirkətdir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR