Bank Of Baku

AZTAF proqramı çərçivəsində Azərbaycana 5 mln. avrodan çox vəsait ayrılıb

AZTAF proqramı çərçivəsində Azərbaycana 5 mln. avrodan çox vəsait ayrılıb
# 22 dekabr 2023 10:56 (UTC +04:00)

Avropa İttifaqı tərəfindən maliyyələşdirilən və Dünya Bankı tərəfindən icra olunan Azərbaycan Sürətli Texniki Yardım Fondu (AZTAF) proqramı çərçivəsində ölkəmizə 5,25 mln. avro ayrılıb.

APA-Economics”in xəbərinə görə, bunu AZTAF proqramının koordinatoru Leyla Tağıyeva deyib.

Onun sözlərinə görə, AZTAF proqramı 9 texniki yardım fəaliyyəti çərçivəsində Azərbaycan hökumətinə dəstək göstərir.

Leyla Tağıyeva Azərbaycanda su təhlükəsizliyinin yaxşılaşdırılmasına dəstək üzrə texniki yardım məsələsinə də toxunub.

Proqram koordinatoru bildirib ki, proqramın əsas fəaliyyət istiqamətlərinə səmərəli xidmət göstərilməsi məqsədi ilə su sektoru təsisatlarının gücləndirilməsinə dair tövsiyələr, kənd yerlərində dayanıqlı içməli su təchizatı və tullantı sularının idarəsi modelinin hazırlanması, su anbarlarının xəritələşdirilməsi və su ehtiyatlarının dayanıqlı idarə edilməsi ilə bağlı məlumatlandırma daxildir.

Qeyd edək ki, AZTAF Avropa İttifaqı tərəfindən maliyyələşdirilən və Dünya Bankı tərəfindən icra olunan Azərbaycan Respublikası üçün texniki yardım proqramıdır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR