Bakı Baş Gömrük İdarəsinin rəisi vəzifəsinin müvəqqəti icrası Dövlət Gömrük Komitəsi (DGK) sədrinin birinci müavini İsmayıl Hüseynova tapşırılıb.
Bu barədə "APA-Economics"ə Komitədən bildirilib. Məlumata görə, Komitə sədrinin birinci müavini, sədr vəzifəsini müvəqqəti icra edən Şahin Bağırov bununla bağlı əmr imzalayıb.