Martın 31-də “Bakı Sığorta” ASC-nin səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək.
"APA-Economics" bu barədə sığorta şirkətinə istinadən xəbər verir. Bildirilib ki, yığıncaq şirkətin baş ofisinin yerləşdiyi Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti, 62 ünvanında baş tutacaq. Bununla belə, yığıncağın gündəliyi açıqlanmayıb.