Bank Of Baku

Bakı üzrə ticarət dövriyyəsi 15 mlrd. manatı ötüb

Bakı üzrə ticarət dövriyyəsi 15 mlrd. manatı ötüb
# 31 oktyabr 2019 13:30 (UTC +04:00)

Bu ilin yanvar-sentyabr aylarında Bakı üzrə ticarət dövriyyəsinin həcmi 2018-ci ilin yanvar-sentyabr ayları ilə müqayisədə 3,4% artaraq 15 019,9 mln. manat olub.

Bakı Statistika İdarəsindən "APA-Economics"ə verilən məlumata görə, ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2,9% artaraq 6 859,8 mln. manata, qeyri-ərzaq məhsullarının həcmi isə 4% artaraq 8 160,1 mln. manata bərabər olmuşdur.

Məlumata əsasən, istehlak məhsullarının 28,6% hüquqi şəxs statuslu müəssisələrdə, 47,3% fərdi sahibkarlara məxsus ticarət obyektlərində, 24,1% isə paytaxtın məhsul bazarlarında satılmışdır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR