Bu ilin yanvar-sentyabr aylarında Bakıda əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 2018-ci ilin eyni dövrü ilə müqayisədə real ifadədə 2,4% artaraq 4 002,9 mln. manat olub.
"APA-Economics"in Bakı Şəhər Statistika İdarəsinə istinadən verdiyi məlumata görə, hüquqi şəxslər tərəfindən əhaliyə 2 888,2 mln. manatlıq xidmət göstərilib ki, bu da xidmətlərin ümumi dəyərinin 72,2%-ni təşkil edib.