Bank Of Baku

Bakının ticarət dövriyyəsi ötən il 4% artıb

Bakının ticarət dövriyyəsi ötən il 4% artıb
# 02 fevral 2022 17:48 (UTC +04:00)

2021-ci ilin yanvar-dekabr aylarında Bakının ticarət dövriyyəsinin həcmi 25,649 mlrd. manat təşkil edib.

"APA-Economics"in Bakı Şəhər Statistika İdarəsinə istinadən verdiyi məlumata görə, bu, 2020-ci il ilə müqayisədə 4,2% artıb. Ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 5,2% artaraq 13,389 mlrd. manata, qeyri-ərzaq məhsullarının həcmi isə 3,4% artaraq 12,260 mlrd. manata bərabər olub.

Qeyd edək ki, istehlak məhsullarının 34%-i hüquqi şəxs statuslu müəssisələrdə, 50,6%-ifərdi sahibkarlara məxsus ticarət obyektlərində, 15,4% isə paytaxtın məhsul bazarlarında satılıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR