Bank Of Baku

“Bank Avrasiya”dan 31 mln. manat depozit geri çəkilib - Hesabat

“Bank Avrasiya”dan 31 mln. manat depozit geri çəkilib - Hesabat
# 12 yanvar 2024 15:52 (UTC +04:00)

“Bank Avrasiya” 2023-cü il üzrə maliyyə hesabatlarını açıqlayıb.

APA-Economics” banka istinadən xəbər verir ki, ötən il “Bank Avrasiya”nın xalis mənfəəti 2022-ci illə müqayisədə 3.6 dəfə artaraq 6 milyon 621 min manat təşkil edib. 2022-ci ildə bank 1 milyon 815 min manat xalis mənfəət əldə etmişdi.

Hesabat dövründə bankın faiz gəlirləri 23,7% artaraq 15 milyon 871 min manat, faiz xərcləri isə 43,3% artaraq 3 milyon 128 min manat təşkil edib. Bu dövrdə bankın qeyri-faiz gəlirləri 2 milyon 808 min manat ( illik müqayisədə 1,2% çox ), qeyri-faiz xərcləri isə 8 milyon 424 min manata ( illik müqayisədə 21,5% çox) bərabər olub. Beləliklə, bank bu dövrdə 6 milyon 942 min manat əməliyyat mənfəəti əldə edib ki, bu da 2022-ci ilə nisbətən 5% azdır.

Ötən il bankın aktivləri 17,7% və ya 39,7 milyon manat azalaraq 184 milyon 537 min manata enib. Bu dövrdə “Bank Avrasiya”nın kredit portfeli (müştərilərə verilmiş kreditlər) 9,4% artaraq 137 milyon 169 min manata çatıb.

Bu dövrdə “Bank Avrasiya”nın cəmi öhdəlikləri 104 milyon 99 min manat təşkil edib ki, bu da illik müqayisədə 30,8% və ya 46,4 milyon manat azdır. Hesabat dövründə bankın depozit portfeli də 39,2 % və ya 31,2 milyon manat azalaraq 48 milyon 484 min manata enib.

2023-cü il oktyabr ayının 1-nə “Bank Avrasiya”nın cəmi kapitalı ilin əvvəli ilə müqayisədə 9% və ya 6,6 milyon manat artaraq 80 milyon 438 min manat təşkil edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR